27 
Noy
2019
12:17
243
9
3816
Virtual karabakh

İt pişik balalarını ölümdən xilas etdi - FOTO

27 Noy, 2019
12:17
3816

İt pişik balalarını ölümdən xilas etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın Ontario əyalətində it beş pişik balasını soyuqdan xilas edib.

“CTV News”un verdiyi xəbərə görə, Sereniti adlı it qıvrılaraq, pişik balalarını isidib.

Yoldan keçən bir şəxs bunu görüb və “Heyvanların Xilasetmə Qrupu”na müraciət edib.

Sığınacaq işçilərinin dediyinə görə, pişik balaları beş həftəlik olduqlarından soyuqdan donub ölə bilərdilər.

Sereniti onların həyatını xilas edib.

İndi pişik balaları sığınacaqda nəzarətdədirlər. Lazımi güc toplayandan sonra onlara yeni sahiblər tapmaq mümkün olacaq.

Serenitini isə evində başqa iti və övladı olmayan ailə sahiblənə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri