28 
Noy
2019
14:53
9
152
4438
Virtual karabakh

Əkizini 35 il sonra morqda tapdı - FOTO

28 Noy, 2019
14:53
4438

Əkizini 35 il sonra morqda tapdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Kayseri şəhərində yaşayan Gülsərən Karacaoğlan adlı qadın 35 il öncə evi tərk edən və barəsində bir daha məlumat ala bilmədikləri əkizini morqda tapıb.

“Milliyet” xəbər verir ki, qadının əkizi Hüseyin Ozan ürək tutmasından vəfat etdikdən sonra polis onun yaxınlarının axtarışına başlayıb.

Araşdırma nəticəsində ölüm xəbəri ötən 35 il ərzində qardaşını axtaran Gülsərən Karacaoğlana çatdırılıb. Gülsərən Karacaoğlan və yaxınları mərhumun cənazəsini ata və anasının məzarları yanında dəfn ediblər.

“Hər yerə getdim, amma tapa bilmədim. Qardaşımı soruşmadığımız yer qalmadı. Onu morqdan gətirib anamın yanında dəfn etdim. Anam 35 il həsrətində olduğu oğluna qovuşdu”, - Karacaoğlan bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri