28 
Noy
2019
17:52
106
108
4967
Virtual karabakh

Millət vəkili parlamentdə evlilik təklifi etdi

28 Noy, 2019
17:52
4967

Millət vəkili parlamentdə evlilik təklifi etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya Nümayəndələr Palatasının bu gün keçirilən iclasında çıxış edən millət vəkili Flavio Di Muro sevgilisinə evlilik təklifi edib.

“Hürriyet” xəbər verir ki, nitqinin sonunda millət vəkili bu günün onun üçün digər günlərdən fərqli və xüsusi olduğunu qeyd edib.

“Cənab məclis sədri, icazənizlə sizə deyil, izləyici sıralarına səslənirəm: “Elisa, mənimlə evlənərsən?”, - millət vəkili deyib.

Yanındakı digər millət vəkilləri Flavio Di Muronu alqışlarla təbrik etdiyi halda, spiker Roberto Fiko məsələyə tənqidi yanaşıb.

“Cənab millət vəkili Di Muro, hər şeyi başa düşərəm, lakin məclis nitqini belə bir məqsədlə istifadə etmək uyğun deyil”, - spiker bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri