Dek
2019
09:47
10
49
3440
Virtual karabakh

İnternetdə ən çox axtarılan söz açıqlandı

ABŞ-da 2019-cu ildə internet istifadəçilərinin ən çox axtardıqları söz “ekzistensial” sözü olub.

Buna görə ABŞ-ın “Dictionary” onlayn lüğəti “ekzistensial” sözünü ilin ən populyar sözü adlandırıb.

Lüğətə görə, 2019-cu ildə bu termin siyasətçilər tərəfindən tez-tez istifadə edilməsinə görə axtarış sorğularında lider olub.

“Ekzistensial həm sifət kimi, həm də mövzu kimi 2019-cu ildə üstünlük təşkil edən iqlim dəyişikliyi, silah istifadəsi və demokratik təsisatlarla bağlı müzakirələrdə önəmli yer tutub”, - deyə “Dictionary” bildirib.

Bundan başqa, “ekzistensial” sözü Honkonqda, Brexitdəki etirazların müzakirələri və “Notr-Dam”dakı yanğınlar zamanı səslənib.

Eyni zamanda, ABŞ senatoru Berni Sanders iqlim dəyişikliyinin “ekzistensial təhlükə yaratdığını” söyləyib. Bu açıqlamadan sonra sözün axtarışlarda sayı 179 faz artıb.

Daha sonra ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden Prezident Donald Trampı “Amerikanın ekzistensial təhlükəsi” adlandırıb və internet istifadəçilərinin bu sözə marağı 100 faiz artıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri