Dek
2019
15:50
167
16
3786
Virtual karabakh

“Facebook”un yaradıcısı: Biz uşaqlarımıza hər şeyi vermirik

4 Dek, 2019
15:50
3786

“Facebook”un yaradıcısı: Biz uşaqlarımıza hər şeyi vermirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook”un yaradıcısı Mark Zukerberq və xanımı Pristsilla Çen Kaliforniyadakı yeddi milyon dollarlıq evlərinin qapılarını (CBS) kameraları üçün açıb. 

Bu barədə “Daily Mail” xəbər verib.

Aparıcı Geyl Kinq onlardan bu qədər maddi imkan olduğu halda övladlarına necə tərbiyə verdiklərini soruşub. Cütlük qızları dörd yaşlı Maksimlə, iki yaşlı Avqustu “disiplinli” olmağa və əməksevərliyi aşılamağa çalışdıqlarını deyiblər: 

“Biz onlara hər şeyi vermirik. Düşünürəm ki, bu vacibdir. Həmçinin, onların öz vəzifələri var”, - deyə Zukerberq bildirib.

Bundan başqa, onlar uşaqlara ev tapşırıqları verdiklərini və özləri ilə işə apardıqlarını söyləyiblər.

“Biz onları özümüzlə işə aparırıq ki, nəyi necə etdiyimizi görsünlər”, - deyə Çen vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri