10 
Dek
2019
12:08
126
78
16607
Virtual karabakh

Putin Zelenskiyə uşaq şeiri ilə cavab verdi - VİDEO

10 Dek, 2019
12:08
16607

Putin Zelenskiyə uşaq şeiri ilə cavab verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenkskiyə qaz haqqında verilən suala məşhur şair Sergey Mixalkovun uşaq şeiri ilə cavab verib.

Jurnalistlər Ukrayna Prezidentindən danışıqlar zamanı qaz məsələsinin müzakirə olunub-olunmadığını soruşublar, o isə ölkə liderlərinin, həqiqətən də, bu məsələni qaldırdıqlarını deyib. 

“Biz bu barədə ikitərəfli görüşdə danışmışıq... Və müşavirlər səviyyəsində həcmi, formatı və qiyməti müzakirə olunacaq”, - deyə Zelenski bildirib.

Bundan sonra mövzunu Rusiya lideri davam etdirərək, öz həmkarına qeyri-adi şəkildə cavab verib:

“Məşhur uşaq şeiri yadınızdadır: “A bizim mənzilimizdə qaz var. Bəs Sizin?” Sizin də var və olacaq. Və birgə və vicdanlı iş barədə razılaşa bilsək, ola bilsin ki, 25 faiz daha ucuz olsun”, - deyə Putin vurğulayıb.

Xatırladaq ki, noyabrın 18-də Rusiya Ukraynaya qaz nəqli üzrə müqaviləni uzatmağı təklif edib, bu şərtlə ki, tərəflər qaz sektorundakı iddialardan imtina etsinlər. Kiyev “Qazprom”un təklifinin qəbuledilməz olduğunu söyləyərək, öz şərtlərinə görə sövdələşmə təklif ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri