15 
Dek
2019
03:48
25
127
9799
Virtual karabakh

Alimlərdən şirniyyat sevənlərə XƏBƏRDARLIQ

15 Dek, 2019
03:48
9799

Alimlərdən şirniyyat sevənlərə XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkərin təsiri alkoqolun istifadəsinin nəticələri ilə eynidir. Belə ki, o, əhval-ruhiyyəni dərhal yüksəldir, enerji verir və sanki insana güc gəlir.

Belə bir nəticəyə Corciya Tibb Kollecinin (ABŞ) alimləri gəliblər. Material “Medical Hypotheses” jurnalında dərc olunub.

Eyni zamanda, şirniyyat narkotik kimi də təsir göstərir. Belə ki, alimlərin fikrincə, o, asılılıq yaradır, xüsusilə də depressiyadan əziyyət çəkən insanlar üçün ondan imtina etmək çətin olur. Alimlər qeyd edirlər ki, şirniyyatdan müntəzəm istifadə əhvalın pisləşməsinə, daxili iltihabın güclənməsinə və çəkinin artmasına gətirib çıxarır.

Şəkər artıq çəkidən əziyyət çəkən insanlara xüsusilə zərərlidir, çünki o, orqanizmin sirkad ritmlərini pozur və ürək-damar xəstəliklərinin yaranmasının riskini artırır.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri