16 
Dek
2019
16:09
7
236
4622
Virtual karabakh

Ananın yanından körpəni oğurlamağa cəhd etdi - VİDEO

16 Dek, 2019
16:09
4622

Ananın yanından körpəni oğurlamağa cəhd etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyada ananın yanından körpəni oğurlamağa cəhd edilməsinin görüntüləri yayılıb.

Bu barədə “Daily Mail” xəbər verib.

Bildirilir ki, hadisənin görüntüləri müşahidə kameraları tərəfindən qeydə alınıb.

Kadrlardan görünür ki, ananın başının qarışmasından istifadə edən vaxt 20 yaşlı şübhəli uşaq arabasına yaxınlaşaraq, bir az körpə ilə oynayır, sonra sakitcə onu mağazadan çıxarmağa çalışır.

Lakin kənardan onun hərəkətlərini izləyən mağazanın mühafizəçisi ona imkan vermir. Tez ananı çağırırlar. O da əvvəl çaşqınlıqla, sonra qəzəblə onlara yaxınlaşır.

Qadın dərhal oğurluğa cəhdlə bağlı polisə məlumat verir və Kot de İvuardan olan şübhəli həbs olunur.

Təqsirkar şəxs psixoloji xəstəxanaya müayinə üçün göndərilib, lakin az sonra azadlığa buraxılıb.

Qadının Almeriyada yaşadığı bildirilir. İnternetdə yayılan məlumata görə, həmin ərazidə uşaq oğurluğu ilə məşğul olan dəstə fəaliyyət göstərir. Ancaq mülki qvardiya bunu təkzib edib.

İstintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri