22 
Dek
2019
08:54
136
31
8765
Virtual karabakh

Dünyanın ən bahalı altı çiçəyi

22 Dek, 2019
08:54
8765

Dünyanın ən bahalı altı çiçəyi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gülçülük maraqlı hobbi ilə yanaşı, çox gəlirli biznes də ola bilər. Belə ki, bəzi bitkilərin qiyməti ağlasığmaz dərəcədə bahadır.

Çiçək aləmində bəzi növlər hətta əsl “ulduz” hesab oluna bilər. Olduqca bahalı və nadir olduqları üçün onları planetin yalnız ən zənginləri ala bilir.

Beləliklə, dünyanın ən bahalı güllərini təqdim edirik:

Kapudul

Bu  gülü almaq mümkün deyil, o, sözün həqiqi mənasında qiymətsizdir. Məsələ ondadır ki, kapudulu qoparmağın mənası yoxdur, o, yalnız gecələr və cəmi bir neçə saatlıq çiçəkləyir.

Bitki kəsildikdə isə cəmi bir saat ərzində solur. Kapudulu  Gecənin kraliçası da adlandırırlar.

Kapudulun çiçəklənməsini görmək üçün yeganə şans şəxsən baxmaqdır. Gecənin kraliçasının vətəni  Şri-Lankadır.

“Culyetta” qızılgülü - $5 mln (8,5 mln AZN)

Devid Ostinin şah əsəri olan “Culyetta” qızılgülü böyük əmək və vəsait nəticəsində əldə olunmuş unikal sortdur.

Bu gül ərsəyə 2005-ci ildə Böyük Britaniyada gəlib. Hazırda isə istənilən şəxs ondan zövq ala bilər. Şekspirin romantik sevgi hekayəsinin qəhrəmanının şərəfinə adlandırılan “Cülyetta” şaftalı rəngli gözəl bağ qızılgülüdür.

“Shenzhen Nongke” səhləbi – $202 min (343 min AZN)

“Shenzhen Nongke”ni, şübhəsiz, güllərin, səhləblərin, hətta dünya florasının kraliçası adlandırmaq olar.  

Bu gülü anonim qalmağa üstünlük verən şəxs 2005-ci ildə hərracda bütün dövrlər üçün rekord məbləğ hesab olunan 202 min dollara (343 min AZN) alıb.

“Rotşildin Pafiopedilumu” səhləbi - $5 min (8,5 min AZN)

Səhləb bu gül növünün pərəstişkarı və bağçılığın himayədarı baron Ferdinand de Rotşildin şərəfinə adlandırılıb.

Hər saplaqda bəzən 30-45 sm diametrədək ola bilən 2-4 iri çiçək olur. “Rotşildin Pafiopedilumu” çiçəkləri, demək olar, eyni zamanda açılır  və uzun müddət qalırlar. 

Zəfəran (krokus) -  bir funtu (təxminən 454 q) $1 500 (2,6 min AZN)

Zəfəran əsrlər boyu park və bağlarda erkən çiçəkləyən dekorativ bitki kimi becərilib.

Altıləçəkli çiçək tacının rənginə görə iki növü var: sarıtaclı (bura ləçəkləri açıq sarıdan tutmuş tünd narıncıyadək olan bitkilər daxildir) və göytaclı (bura ləçəkləri açıq mavidən tünd bənövşəyiyədək olan bitkilər daxildir).

Müxtəlif sortların uzun müddətli məqsədyönlü qarşılıqlı mayalandırılması nəticəsində çiçəkləmə və yetişmə vaxtına görə fərqlənən çoxlu sayda yeni krokus sortları və hibridləri də yaranıb.

“Kinabalu Qızılı” səhləbi -  $6 min (10 min AZN)

“Kinabalu Qızılı” səhləbi “Rotşildin Başmağı” adı altında da tanınır. Bu səhləb növünün nəsli kəsilmək üzrədir.

Onun çiçəkləməsi üçün 15 ilədək vaxt gedə bilər.

Bu nadir səhləbi üfüqi vəziyyətdə olan altı iri ləçəyinə görə müəyyən etmək olar.

Bu unikal gülü, demək olar, əldə etmək mümkün deyil. Ona görə də bitkinin qiyməti “qara bazar”da 6 min dollardan (10 min AZN) yuxarıdır. 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri