Yan
2020
07:27
105
7
3141
Virtual karabakh

Beyinin ölümcül xəstəliyinə qarşı yeganə vaksin hazırlandı

3 Yan, 2020
07:27
3141

Beyinin ölümcül xəstəliyinə qarşı yeganə vaksin hazırlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Molekulyar Tibb İnstitutunun və Kaliforniya Universitetinin alimləri Altsheymer  xəstəliyi və demensiyaların digər növləri zamanı yaranan amiloid lövhələrinə qarşı vaksin hazırlayıblar. Siçanlar üzərində aparılan təcrübələr uğurlu olub və mütəxəssislər tezliklə insanların iştirakı ilə preparatın klinik sınaqlarına başlamağı planlaşdırırlar.

Bu barədə “EurekAlert!” nəşrində yerləşdirilən press-relizdə deyillir.

Vaksin beta-amiloid lövhələrin və tau-zulallardan ibarət neyrofibrilyar kələflərin yaranmasına qarşı yönəldilib. Hesab edilir ki, bu aqreqatlar beyində koqnitiv pozulmalar, qocalıq ağılsızlığı və ölümlə nəticələnən neyrodegenerativ dəyişikliklərin əsas səbəbidir.

Qeyd edək ki, təkcə ABŞ-da təxminən 5,7 milyon insan Altsheymer xəstəliyindən əziyyət çəkir. Effektiv müalicə üsulları, etibarlı biomarkerlər və ya profilaktik strategiyalar hələ də məlum deyil.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri