Yan
2020
07:24
144
33
3500
Virtual karabakh

Bu gün Günəş Yer kürəsinə maksimum yaxınlaşacaq

Yanvarın 5-də Günəşlə Yer planeti arasında məsafə minimal olacaq.  

TASS xəbər verir ki, bunu Moskva planetarisinin əməkdaşı Lyudmila Koşman bildirib.

“Bazar günü, yanvarın 5-də planetimiz periqelidə - öz orbitinin Günəşə ən yaxın nöqtəsində olacaq. Bu ildə bir dəfə olur. Yer kürəsi həmin nöqtədən yanvarın əvvəlində keçir. Bu zaman Yerlə Günəş arasında məsafə təxminən 147 milyon kilometr təşkil edir. Orbitinin Günəşə ən uzaq nöqtəsini isə bizim planet iyulda keçir. Bu zaman məsafə 152 milyon kilometr təşkil edir”, - deyə o bildirib.

Astronom qeyd edib ki, bu gün teleskopda Günəş iyul ayı ilə müqayisədə 3% daha böyük görünəcək.

Planetimizin Günəş ətrafında tam dövrü 365 gün 6 saat 9 dəqiqə 10 saniyə çəkir. Yer kürəsi Günəşin ətrafında 29,765 km/san orta sürətlə ellipsvari orbit üzrə hərəkət edir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri