Yan
2020
15:35
49
151
9416
Virtual karabakh

Kişini güllələyib, restoranda yemək yeməyə davam etdi - VİDEO

9 Yan, 2020
15:35
9416

Kişini güllələyib, restoranda yemək yeməyə davam etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Restoranda “niyə baxırsan?” söhbəti qanla bitib. Hadisənin görüntüləri müəssisəyə quraşdırılmış kameralar tərəfindən qeydə alınıb.

Bu barədə “Vesti” xəbər verib.

Hadisənin ABŞ-da baş verdiyi bildirilir. Kadrlarda görünür ki, restoranda öz sifarişini gözləyən 24 yaşlı sürücü tanımadığı 21 yaşlı gəncin ona baxmasından əsəbiləşərək, əvvəlcə təhqir edib, sonra isə masasından duraraq ona yaxınlaşıb və onu yumruqlamağa başlayıb. Qarşı tərəf isə silah çıxarıb. Bundan sonra sürücü qaçıb.

Videoda onların müəssisədən çıxmaları və 21 yaşlı gəncin silahdan atəş açdığı görünür. Ümumilikdə yeddi atəş açılıb. Onlardan dördü hədəfə – sağ ayağa dəyib.

Silahlı gənc yenidən restorana qayıdaraq, yeməyinə davam edib və polislər gələndən sonra saxlanılıb.

O, hüquq mühafizəçilərinə bildirib ki, davanı o başlatmayıb, silahdan isə müdafiə məqsədilə istifadə edib.

Hazırda gənc məhkəmənin qərarını gözləyir.

Son məlumata görə, zərərçəkən yaxın xəstəxanaların birində əməliyyat olunub, həkimlər onun vəziyyətinin sabit olduğunu deyiblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri