10 
Yan
2020
09:18
182
19
12279
Virtual karabakh

Qadın öz dəfn mərasimində ayıldı

10 Yan, 2020
09:18
12279

Qadın öz dəfn mərasimində ayıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həkimlərin ölmüş saydığı qadın öz dəfn mərasimində ayılıb.

Bu barədə “The Hindu” xəbər yayıb.

Bildirilir ki, hadisə Hindistanın Karnataka ştatında baş verib.

55 yaşlı Malati Çauquli şiddətli qızdırma ilə Belqaum şəhərində xəstəxanaya yerləşdirilib. Tezliklə o, huşunu itirib. Bir neçə saatdan sonra həkimlər onun öldüyünü elan ediblər.

Qohumları onu basdırmaq üçün kəndə aparıblar. Dəfn mərasimi zamanı isə qohumları və ailə üzvlərinin gözü qarşısında qadın ayılıb və ayağa qalxıb.

Mərasimdə iştirak edənlərdən bəziləri qadının komada olduğu ehtimalını versə də, əksəriyyət bunu möcüzə adlandırıb və başqa izahı qəbul etməyib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri