11 
Yan
2020
21:33
20
157
14375
Virtual karabakh

İşləməyən notbukun içindən qeyri-adi tapıntı - VİDEO

11 Yan, 2020
21:33
14375

İşləməyən notbukun içindən qeyri-adi tapıntı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“MacBook” təmiri üzrə IT mütəxəssisi açdığı notbukun içində tarakanların yuva saldığını görəndə şoka düşüb. O, bu barədə görüntüləri sosial mediada paylaşıb.

“Daily Mail”in məlumatına görə, hadisə Avstraliyada baş verib.

Ben Neş həmişə olduğu kimi canlı yayımda müştərisinin gətirdiyi notbuku təmir edərkən orada nəyinsə tərpəndiyi görüb. Platanı qaldıranda isə gözlərinə inanmayıb: ora tarakanlar və onların qoyduğu yumurtalarla dolu olub.

Tarakanlardan bərk qorxduğunu bildirən Ben Neş bir insanın öz notbukuna bu qədər laqeyd yanaşa biləcəyinə inana bilmədiyini deyib. O, həmçinin notbukdan üfunət iyinin gəldiyini vurğulayıb: 

“Tfu, mən hətta bu qoxunun nə olduğunu belə izah edə bilmirəm”, - deyə, öskürərək bildirib.

Videonun sonunda Neş təmizlədiyi notbuku nümayiş etdirir. 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri