12 
Yan
2020
07:29
23
118
9373
Virtual karabakh

Ərgin pendirin zərəri açıqlandı

12 Yan, 2020
07:29
9373

Ərgin pendirin zərəri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı həkim-dietoloq Yelena Solomatina ərgin pendirin  ziyanı haqqında “Veçeynaya Moskva”ya müsahibəsində danışıb.

Ekspert bildirib ki, bu məhsul əridici duzlarla - fosfatlarla təsir göstərilmiş adi pendirdir. Onun sözlərinə əsasən, ərgin pendirin həddindən artıq istifadəsi, onun tərkibindəki fosfatların insan orqanizmi ilə qarşılıqlı təsirə girməyinə və beləliklə də, bədəndəki kalsiumun sərf edilməsinə gətirib çıxara bilər.

Həkim qeyd edir ki, ərgin pendirin daha bir təhlükəsi olduqca kalorili olmağıdır. O, artıq çəkidən və aterosklerozdan əziyyət çəkən insanlara tərkibində xolesterin olduğu üçün pendirdən az istifadə etməyi məsləhət görür. Bundan savayı, bu məhsulun istifadəsini  maddələr mübadiləsində problemləri olan insanlar da məhdudlaşdırmalıdırlar. 

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri