16 
Yan
2020
16:03
150
14
6075
Virtual karabakh

Verdiyi sualla silahlı oğrunu çaş-baş qoydu - VİDEO

16 Yan, 2020
16:03
6075

Verdiyi sualla silahlı oğrunu çaş-baş qoydu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərədə qeyri-adi oğurluq hadisəsinin görüntüləri böyük marağa səbəb olub. Belə ki, mağazanı qarət etmək istəyən oğrunun maymaqlığı hər kəsdə gülüş doğurub.

Müşahidə kamerası tərəfindən qeydə alınan kadrlar “Twitter”də mağaza sahibinin qohumu tərəfindən paylaşılıb və artıq iki milyon baxış toplayıb.

Bu barədə NDTV xəbər yayıb.

Kadrlardan görünür ki, dükan sahibi mağazaya girən müştərini görəndə ayağa qalxır. İçəri girən gənc bıçaq çıxararaq, pulları çantaya doldurmasını tələb edir.

Mağaza sahibi isə təmkinini pozmadan sakit şəkildə ondan soruşur: “Başqa nəsə lazımdır?”

Qarətçi ancaq pulları istədiyini bildirir. Dükan sahibi kassanı açaraq yenə “Başqa nəsə lazımdır?”, - deyə soruşur. Sonra qəfil rəfin altından beysbol ağacını çıxararaq oğrunu qabağına qatır.

“Əmim oğlunu qarət etməyə çalışıblar, o isə dünyanın ən sakit insanıdır. Bircə buna qulaq asın”, - deyə videonu paylaşan gənc bildirib.

Qeyd edək ki, video sosial şəbəkələrdə hind dilində “Başqa nəsə lazımdır?”, - adı ilə yayılıb və çoxlu bəyənmə toplayıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri