17 
Yan
2020
17:09
13
199
5389
Virtual karabakh

Sərxoş sərnişinlər təyyarədə dava saldı - VİDEO

17 Yan, 2020
17:09
5389

Sərxoş sərnişinlər təyyarədə dava saldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Havada olan təyyarənin göyərtəsində dava düşüb. Vəziyyət o həddə çatıb ki, pilot hava gəmisini təcili endirmək barədə düşünüb.

Bu barədə Vesti.ru xəbər yayıb.

Bildirilir ki, hadisə Tailanddan Rusiyanın Nijni-Novqorod şəhərinə gedən təyyarədə baş verib.

İki turist Phuket hava limanından yola düşdükdən sonra stüardessaların dediklərinə məhəl qoymayaraq, spirtli içki qəbul ediblər. Daha sonra onlardan biri digər sərnişinlərlə qarşıdurma yaradıb, əl-qol atıb, ədəbsiz ifadələr səsləndirib.

Sərnişinlərin dediyinə görə, davada üç nəfər iştirak edib. Bundan sonra bütün sərnişinlər müdaxilə edərək, onları sakitləşdirməli olublar, çünki kapitan təcili eniş etməklə hədələyib.

Yerdə isə onları hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayıblar.

Baş verənlər hadisə şahidi tərəfindən telefonla çəkilib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri