24 
Yan
2020
14:43
147
47
2935
Virtual karabakh

Rusiyanın himni daha bir ərəb ölkəsində səhv səsləndirildi - VİDEO

24 Yan, 2020
14:43
2935

Rusiyanın himni daha bir ərəb ölkəsində səhv səsləndirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın Şərq ölkələrində Rusiya himninin ifa olunması zamanı yaşanan gülməli vəziyyətlərə biri də əlavə olunub. Bu dəfə hadisə Fələstində yaşanıb.

Bu barədə kadrlar “Ruptly” agentliyi tərəfindən yayımlanıb.

Videodan görünür ki, Fələstin orkestri Rusiya Federasiyası Prezidenti Vladimir Putinin gəlişi ilə əlaqədar ölkənin himnini çalmağa çalışıb. Lakin nəticədə mənasız bir musiqi səslənib.

Qeyd edək ki, bundan əvvəl analoji hadisə Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliyində və Misirdə yaşanmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri