28 
Yan
2020
14:18
8
146
4330
Virtual karabakh

Ana və üç uşağının 34 günlük təhlükəli “səfəri” - VİDEO

28 Yan, 2020
14:18
4330

Ana və üç uşağının 34 günlük təhlükəli “səfəri” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ana və 10, 12, 14 yaşlarında olan üç uşağı meşədə azdıqdan 34 gün sonra yerli sakinlər tərəfindən tapılıblar.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, hadisə Peru-Kolumbiya sərhəddi yaxınlığında baş verib. Ucqar kənddə yaşayan qohumlarını ziyarət etməkdən qayıdan ailə yarı yolda azıb. Onlar bu müddət ərzində ancaq toxum, bitki və giləmeyvələr yeyərək həyatda qalıblar. 34 gündən sonra onlar başqa kəndin sakinləri ilə qarşılaşıblar və kömək istəyiblər.

Ana meşədə yaşadıqlarını “əgər 30 dəqiqədə bir su içməsəydik, ürəyimiz gedəcəkdi. Mütəmadi dayanmaq məcburiyyətindəydik. Qızlarımın artıq yeriməyə taqəti qalmamışdı”, - deyə anladıb.

Sakinlər dərhal hüquq mühafizəçilərinə xəbər verib.

Ailənin qovuşma anı yerli kanallarla nümayiş edilib.

Tapıldıqdan sonra onlar xəstəxanaya yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri