Fev
2020
04:23
14
85
3890
Virtual karabakh

Minillik karnavala start verildi - FOTO/VİDEO

9 Fev, 2020
04:23
3890

Minillik karnavala start verildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyada əfsanəvi  Venesiya karnavalına start verildi.

Şəhərin mərkəzində Kannareco kanalının sahilləri boyunca rəngarəng paltarlar geyinmiş insanlardan ibarət parad keçib. Qayıqlarda və su platformalarında olan artistlər isə bayrama xüsusi zövq veriblər.

Kadrlardan görünür ki, platformalardakı ifaçılar toranda xüsusilə heyrətamiz görünən fayer-şoular, inanılmaz akrobatik hərəkətlərlə təəccübləndirirlər.

Kanalın sahilləri boyunca yerləşən qədim evlərin divarlarında isə rəngarəng təsvirləri görmək olur.

Qeyd edək ki, Venesiya karnavalı ilk dəfə 1094-cü ildə keçirilib. Bu bayramın simvolu dəridən və papye-maşedən hazırlanmış maskalardır. Hər il mütləq ən yaxşı maska müsabiqəsi keçirilir. Hazırkı şənlik fevralın 25-dək davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri