10 
Fev
2020
01:55
11
186
10708
Virtual karabakh

Dostunun ad günündə yediyi tort boğazında ömürlük iz qoydu - FOTO

10 Fev, 2020
01:55
10708

Dostunun ad günündə yediyi tort boğazında ömürlük iz qoydu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dostunun ad günündə yediyi tortdan sonra halı pisləşən şəxs xəstəxanada müayinədən sonra heyrətə düşüb. Belə ki, rentgen görüntülərində onun boğazında iynə olduğu müəyyənləşib.

“HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyənin Kahramanmaraş şəhərində baş verib.

Ramazan Orçan olanları belə xatırlayır:

“Tortu ofisiant gətirdi. Yedikdən sonra boğazımda nəyinsə ilişdiyini hiss etdim. Əvvəlcə şokolad parçası hesab etdim və udqunmağa başladım, su içdim, amma orada ilişib qalmışdı. Daha sonra məni öskürək tutdu və nəfəs ala bilmədim. Xəstəxanaya gətirildim, rentgen görüntüləri çəkdilər, iynəni müəyyənləşdirdilər”.

Onun sözlərinə görə iynəni bir neçə dəfə endoskopiya ilə çıxarmağa çalışsalar da, alınmayıb. Nəticədə əməliyyat olunmaq məcburiyyətində qalıb. 

“Hazırda yeməyə icazə vermirlər, sadəcə sistem köçürürlər”, - deyə, o bildirib.

Zərərçəkən xəstəxanadan çıxdıqdan sonra məhkəməyə müraciət edəcəyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri