11 
Fev
2020
16:36
24
335
7385
yuxarı
İnanılmaz festival: Cəsədləri qəbirdən çıxarıb yürüş edirlər - FOTO
11 Fev, 2020
16:36
7385
24
335
İnanılmaz festival: Cəsədləri qəbirdən çıxarıb yürüş edirlər - FOTO
Madaqaskar dünyanın ən qəribə festivallarından birinə ev sahibliyi edir.
“Milliyet” xəbər verir ki, “Famadihana” adlı festival zamanı insanlar ölən yaxınlarının cəsədlərini məzarlarından çıxarıb müxtəlif rəqslər edərək bayram edirlər.
Festival Maqalasi qəbiləsinin ənənələri əsasında bu gün də keçirilir. Festival zamanı insanlar ölən yaxınlarının cəsədlərinə yeni paltar da geyindirirlər.
Bundan sonra ölənlərin sümükləri ilə birlikdə yürüş təşkil olunur. Yürüşə qatılanlar canlı musiqinin müşayiəti ilə rəqs edirlər.
Ritualın məqsədinin ölmüş yaxınların xatırlanması və xatirələrini yaşatmaq olduğu qeyd edilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək