12 
Fev
2020
16:12
126
93
4328
Virtual karabakh

Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO

12 Fev, 2020
16:12
4328

Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucuz maska istifadə etdikdən sonra qadının üzü qızarıb və dərisi soyulmağa başlayıb.

Bu barədə “The Sun” xəbər yayıb.

Bildirilir ki, Kendis Paterson 1 funta “Health Point LTD” markasında kokos maskası alıb.

Maskanı üzünə çəkdikdən sonra qıcıqlanma və yanma hiss etdiyi üçün o, dərhal maskanı yuyub. Bundan sonra K.Paterson üzünə soyuq kompres qoyub və yumşaldıcı krem çəkib. Buna baxmayaraq, qızarmış dəri soyulmağa başlayıb.

“Bəzi hissələrdə üzümün dərisi elə soyulur ki, elə bil gün yanığı almışam”, - deyə qız bildirib.  

K.Paterson baş verənlərlə bağlı kosmetik brendin elektron poçt ünvanına şikayət göndərsə də, cavab ala bilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri