14 
Fev
2020
11:39
15
529
4538
Virtual karabakh

Ana ölüm ayağında olan oğlu üçün yığılan pulları qumarda uduzdu

14 Fev, 2020
11:39
4538

Ana ölüm ayağında olan oğlu üçün yığılan pulları qumarda uduzdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ana ölüm ayağında olan oğlunun müalicəsi üçün yığılan pulları mərc saytlarında uduzub. Hadisə İngiltərənin Yorkşir qraflığında baş verib.

Bu barədə “The Mirror” xəbər yayıb.  

Məlumata görə, tibb bacısı işləyən Steysi Uorslinin altı yaşlı oğlu Tobi Nay neyroblastoma xəstəliyindən əziyyət çəkib. Onkoloji xəstəliklərin müalicəsi tibbi sığortaya daxil olmadığından ana sosial şəbəkə vasitəsilə sakinlərdən kömək istəyib.

O, üç ay ərzində 200 min funt (445680 AZN) toplaya bilib. Pul yığımında yerli “Lids Yunayted” futbol klubunun oyunçuları, komandanın azarkeşləri, Tobi ilə bir yerdə müalicə alan iki ölümcül xəstə qızın anaları, uşağın oxuduğu məktəb və ictimaiyyət nümayəndələri iştirak edib.

Ana isə mərc saytlarında 100 min funt sterlinqi (222840 AZN) uduzub. Bir müddət sonra uşaq ölüb.

Hadisə ilə əlaqədar olaraq Lids Kraliyyət Məhkəməsi Uorslini iki il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri