18 
Fev
2020
09:28
97
14
3863
Virtual karabakh

Meşədə itən tələbə altı gün mağarada ac yaşadı - FOTO

18 Fev, 2020
09:28
3863

Meşədə itən tələbə altı gün mağarada ac yaşadı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meşədə itən tələbə altı gün mağarada yaşamaq məcburiyyətində qalıb. Hadisə Avstraliyada baş verib.

Bu barədə “ABC News” xəbər yayıb.

26 yaşlı Yanq Çen fevralın 12-də itkin düşüb. O və sevgilisi Tallebucer vadisində şəlaləyə kimi gediblər. Kişi iki şəlalənin birləşdiyi yerdə qayaya çıxmaq istəyib. Geri qayıtdıqda isə o, qızı tapmayıb.

Çeni polislər və xilasedicilərdən əlavə, könüllülər, hüquq mühafizəçiləri və meşə patrulları axtarıb. Əməliyyata həmçinin, helikopterlər və dronlar cəlb olunub.

Altı gündən sonra Çen itdiyi yerin 300 metrliyində tapılıb. Məlum olub ki, leysandan və daşqınlardan qorunmaq üçün qayaya dırmaşan qız 30 metr hündürlükdə şəlalənin altında mağarada gizlənmək məcburiyyətində qalıb.

Qız bu müddət ərzində ancaq çaydan su içməklə dolanıb. 

O, tapılanda təcili yardım maşınına qədər zorla gedə bilib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri