18 
Fev
2020
11:25
20
213
11080
Virtual karabakh

Koronavirusla mübarizə aparan ananın övladı ilə təsirli görüşü - VİDEO

18 Fev, 2020
11:25
11080

Koronavirusla mübarizə aparan ananın övladı ilə təsirli görüşü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində koronavirusun tüğyan etdiyi bir dövrdə ən böyük yük tibb sahəsində işləyənlərin çiyninə düşüb. Onlar bu epidemiya ilə mübarizə aparmaq üçün aylarla evlərindən, ailələrindən uzaq düşmək məcburiyyətində qalırlar.

“Sinhua” agentliyi belə tibb bacılarından birinin övladı ilə uzaqdan görüşməsi barədə təsirli kadrlar paylaşıb.

Videodan görünür ki, üç yaşlı uşaq ağlaya-ağlaya uzaqdan pəncərədən ona baxan anasını çağırır. Ana da göz yaşlarını saxlaya bilmir. 

Onların son bir ay ərzində ilk dəfə görüşdükləri bildirilir.

Kadrların Çinin şərqində Yançjou şəhərində qeydə alındığı vurğulanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri