19 
Fev
2020
08:13
307
13
4470
Virtual karabakh

Küçüklə göyərçinin səmimi dostluğu görənləri heyran etdi – FOTO/VİDEO

Sosial şəbəkələrdə yayılan ikiaylıq çixuaxua küçüyünün və German ləqəbli göyərçinin dostluğunu əks etdirən kadrlar görənləri heyran edib.

“Faktı” xəbər verir ki, cari ilin yanvar ayı anadangəlmə qüsurlardan əziyyət çəkən heyvanları qoruyan “Mia Foundation” şirkəti Landi ləqəbli küçüyü alıb.

Onurğasında problem olduğu üçün Landi yeriyə bilmir.

Şirkətdə küçük buranın köhnə sakini - uça bilməyən göyərçin Germanla tanış olub.

Qısa müddətdən sonra onlar dostlaşıblar və hal-hazırda onları bir-birindən ayırmaq mümkün deyil.

Bunu görən sığınacaq işçiləri Germanın erkək yox, dişi olmasından şübhələnirlər.

Çünki göyərçin küçüyə əsl ana nəvazişi göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri