19 
Fev
2020
10:10
32
54
4068
Virtual karabakh

“Instagram” ulduzuna çevrilən yaşlı fitnes-model hər kəsi heyran qoydu - VİDEO

19 Fev, 2020
10:10
4068

“Instagram” ulduzuna çevrilən yaşlı fitnes-model hər kəsi heyran qoydu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Arıqlayaraq görünüşündə böyük dəyişikliklərə nail olan nənə əsl “Instagram” ulduzuna çevrilib.

Bu barədə REN.TV xəbər yayıb.

Coan Makdonaldın sosial şəbəkədə 335 min izləyicisi var. Üç il əvvəl 70 yaşı olanda onun həyatı dəyişib. Coanda köklüyü ilə əlaqədar problemlər yaranıb. Qızı məşq proqramı ilə tanış etmək üçün ona smartfondan istifadə etməyi öyrədib. Coan yeni məşğuliyyəti sayəsində 25 kiloqram arıqlayıb. Buna qədər onun çəkisi 90 kiloqram olub.   

Yaşlı fitnes-model bildirib ki, insan hər zaman dəyişmək barədə qərar verə bilər.

“Həyatın nə qədər çətin və mürəkkəb olmasından asılı olmayaraq, hədəfimizə doğru möhkəm addımlarla irəliləməliyik. İdmana başlayanda bu gün gəldiyim nəticə barədə düşünməmişdim. Sadəcə, sağlamlığımı bərpa etmək və dərmanlardan imtina etmək istəyirdim. Özünüzü sevmək üçün sağlamlığınızı qoruyun, yenidən xəyal qurmaq və bütün qəlblə sevməkdən çəkinməyin” - deyə o, bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri