22 
Fev
2020
09:43
265
37
10180
Virtual karabakh

On aylıq uşaq saçları ilə hər kəsi heyrətləndirib - FOTO

22 Fev, 2020
09:43
10180

On aylıq uşaq saçları ilə hər kəsi heyrətləndirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyadan olan on aylıq körpə gur saçları ilə məşhurlaşıb.

Bu barədə “The Mirror” xəbər yayıb.

Körpənin anası Alessandra Makkarinin sözlərinə görə, qızı Marissa dünyaya gələndə gur saçları ilə həkimləri də təəccübləndirib.

Qadın daha çox qızının gözlərinə heyran olduğunu bildirib:

“Mən onun gözlərinə vurulmuşdum. Başqaları isə mənə deyirdi: “Saçlarına bax, necə də gözəldir”.

32 yaşlı Makkari qızının saçlarının gec uzanacağını düşünüb, ancaq yanılıb, on aylıq olanda uşağın saçları artıq çiynindən olub.

Ana yaxın gələcəkdə qızının saçlarını kəsməyi düşünmədiyini vurğulayıb.

Qadının sözlərinə görə, küçədə gedərkən insanlar uşağın saçına heyranlıqla baxır, bəziləri isə hətta saçların əsl olduğuna şübhə ilə yanaşırlar.

“Tanımadığım şəxslər mənə deyirlər ki, gözəlliyinə görə Marissanı modellik biznesinə göndərməliyəm”, - deyə Makkari bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri