28 
Fev
2020
21:26
322
45
9419
Virtual karabakh

Batan qadını xilas etmək istəyən kapitan özünü gəmidən atdı - FOTO

28 Fev, 2020
21:26
9419

Batan qadını xilas etmək istəyən kapitan özünü gəmidən atdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çayda boğulmaq üzrə olan qadını xilas etmək üçün gəmi kapitanı özünü suya atıb.

Bu barədə fotoları “Daily Mail” paylaşıb.

Bildirilir ki, hadisə Myanmada, Yanqon çayı sahilində baş verib.

Şahidlərin sözlərinə görə, gəmi limana yaxınlaşanda qadın ehtiyatsızlıq nəticəsində çaya yıxılıb. Təcrübəli kapitan, 60 yaşlı Yu Maynt Ay qadını əzməmək üçün gəmini kənara çəkə bilib. Sonra isə özünü çaya atıb. Sonda o, iki heyət üzvünün köməyi ilə qadını sahilə çıxara bilib.

34 yaşlı Kin Çay Maya dərhal xəstəxanaya yerləşdirilib. 

Kapitan hadisə baş verən vaxt öz həyatı barədə fikirləşmədiyini deyib: “Həmin an ancaq qadının təhlükəsizliyini düşünürdüm. Artıq yaşlanmışam, mən ölsəm də olar, amma qadın gənc idi, o yaşamalıdır”.

Kapitan indiyə qədər boğulmaqdan xilas etdiyi şəxslərin sayını bilmədiyini vurğulayıb: “Həyatım boyu bu qədər insanın həyatını qurtara bildiyim üçün özümlə qürur duyuram”.

40 ildir dənizdə işləyən Yu Maynt Ay bu ilin sonunda istefaya getməyi düşündüyünü bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri