19 
Mar
2020
12:48
95
30
9732
Virtual karabakh

Koronavirus epidemiyası zamanı ən faydalı məhsullar - FOTO

19 Mar, 2020
12:48
9732

Koronavirus epidemiyası zamanı ən faydalı məhsullar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi məhsullar epidemiyalar zamanı immuniteti möhkəmləndirməyə kömək edir. Bu barədə dietoloq, tibb elmləri namizədi Mariyat Muxina “Moskva 24” kanalına açıqlamasında danışıb.

Həkim insanlara bitkilərdən və yabanı giləmeyvələrdən istifadə etməyi məsləhət görüb. Onun sözlərinə görə, moruq və onun yarpaqları sağlamlığı möhkəmləndirir, çünki tərkibində çox miqdarda salisilat var.

“Bu elə bil ki, “aspirin”dir, ancaq təbii formada”, - deyə Muxina vurğulayıb.

Bitkilər arasında o, çox güclü vasitə adlandırdığı adaçayını (“şalfey”), həmçinin çobanyastığı və çobansüzgəcini (“zveroboy”) xüsusi qeyd edib. Viruslar ilk növbədə boğazda toplandığı üçün bu  bitkilərin dəmləmələri ilə qarqara edilməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri