24 
Mar
2020
06:12
228
41
8652
Virtual karabakh

İt zəlzələni öncədən hiss etdi – VİDEO

24 Mar, 2020
06:12
8652

İt zəlzələni öncədən hiss etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə heyvanların zəlzələni öncədən hiss etdiyini sübuta yetirən video yayılıb.

ABŞ-ın Yuta ştatında yaşayan Morqan ailəsinin evində quraşdırılan müşahidə kameraları Bear ləqəbli itin zəlzələdən öncə özünü necə apardığını lentə alıb.

Divanın üzərində uzanan it ilk növbədə gözlərini açır. Sonra gərgin olan heyvan başını qaldıraraq ətrafa boylanır.

Bir müddət sonra ev silkələnməyə başlayır. Bu vəziyyətdən qorxan Bear ev sahiblərinin yanına qaçır.

Ev sahibinin sözlərinə əsasən, it zəlzələdən bir saat öncə özünü narahat hiss edib. O, evin içində ora-bura qaçıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri