25 
Mar
2020
00:46
316
47
17449
Virtual karabakh

Koronavirusa qarşı yeni ixtirası ilə hər kəsi sevindirdi - FOTO/VİDEO

Çinin Şanxay şəhərində 30 yaşlı bir ata çölə çıxarkən övladını koronavirusdan müdafiə etmək üçün qeyri-adi ixtiraya imza atıb. Onun yeni layihəsi hamı tərəfindən bəyənilib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, Bai Ying adlı şəxs uşağı təhlükəsizlik şəraitində saxlayan və daşına bilən kapsul hazırlayıb. Yeni qurğu hava filtri, içəridə karbondioksid sıxlığını və istiliyi göstərən monitor, həmçinin valideynlərin uşağa təmas etmədən toxunmasına imkan verən steril bir əlcəklə təchiz olunub.

Bai Ying yeni ixtirası barədə danışarkən uşaqların tənəffüs sisteminin zəif olduğundan maska taxmağın onlarda oksigen çatışmazlığına səbəb ola biləcəyini deyib. 

O, kapsulu “Death Stranding” video oyununa baxaraq hazırladığını vurğulayıb.

Bai Ying kapsuldan daha çox istehsal etmək üçün artıq bir firma ilə danışıqlara başladığını əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri