25 
Mar
2020
08:46
187
108
19147
Virtual karabakh

Uğursuz plastik əməliyyat keçirən qadın gülüş obyektinə çevrildi - FOTO

25 Mar, 2020
08:46
19147

Uğursuz plastik əməliyyat keçirən qadın gülüş obyektinə çevrildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə sağrılarını plastik əməliyyat etdirən 33 yaşlı Star Delqadis bir müddət keçdikdən sonra pis vəziyyətə düşüb.

“The Mirror” xəbər verir ki, həkimlərin məsləhət gördüyündən iki dəfə böyük implantlar taxdıran Star ilk öncə xarici görünüşündən çox razı qalıb.

Lakin zaman keçdikcə qadının arxa hissəsi sallanmağa başlayıb. S.Delqadis hamının ona güldüyünü etiraf edir.

“Sanki uşaq bezi geyinirəm. Görənlər məni ələ salır”, - deyə, qadın şikayət edir.

Bundan əlavə, qadın nə qaça, nə də normal qaydada yeriyə bilir, çünki sallanan implantlar səbəbindən hərəkət zamanı ağrılar başlayır.

Ağrımamaq üçün yatarkən Star iki dar leggins geyməyə məcbur olduğunu bildirib.

Hazırda qadın onu bu bəladan qurtara biləcək cərrah axtarır.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri