26 
Mar
2020
11:54
23
455
7308
Virtual karabakh

Alimlərdən şok açıqlama: “İnsan ölsə də, koronavirus meyitdə yaşayır”

26 Mar, 2020
11:54
7308

Alimlərdən şok açıqlama: “İnsan ölsə də, koronavirus meyitdə yaşayır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədqiqatçılar koronavirus səbəbindən ölən 29 yaşlı xəstənin ekspertizasını həyata keçirdikdən sonra gözləmədikləri nəticə ilə üzləşiblər. Belə ki, COVID-19-un insan öldükdən sonra belə onun ağciyərində yaşadığı məlum olub.

Çinin rəsmi “Xinhua” xəbər agentliyi bunu Pekin Universitetinin Birinci Xəstəxanasında çalışan yoluxucu xəstəliklər üzrə mütəxəssislərə istinadla bildirib. 

Elm adamlarının sözlərinə görə, ekspertiza zamanı xəstənin immun sisteminə ciddi ziyan dəydiyi və bunun da ölümə gətirib çıxardığı bəlli olub.

Alimlər, həmçinin, bu virusun xəstənin ürək, qaraciyər və böyrəklərinə də fərqli dərəcədə zərər verdiyini müəyyən edib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri