28 
Mar
2020
05:44
27
100
4497
Virtual karabakh

Cavan qalmağın mexanizmi hazırlanıb

28 Mar, 2020
05:44
4497

Cavan qalmağın mexanizmi hazırlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müxtəlif ölkələrdən olan alimlər qrupu orqanizmin hüceyrələrinə vaxtında yenilənməyə və yaşlanmaya qarşı mübarizə aparmağa imkan verən alqoritm tapıblar.

Tədqiqatın nəticələri “FASEB Journal” jurnalında dərc olunub.

Nəşrin məlumatına əsasən, insan bədəninin hüceyrələrinin yenilənməsi onların zədələnmiş mitoxondrilərdən təmizlənməsi nəticəsində baş verir. Yaşlı insanlarda mitoxondrilərin təzələnməsi ləng gedir ki, bu da əzələ kütləsinin itirilməsinə və artıq çəkinin yığılmasına səbəb olur. Ekspert qrupu hüceyrələrdə zədələnmiş mitoxondriləri xüsusi fluoressensiya markerləri vasitəsilə aşkar edən mexanizm hazırlayıb. Bu orqanoidləri tapdıqdan sonra isə yenilənmə proseslərini medikamentoz yolla başlamaq olar.

Alimlər qeyd ediblər ki, farmakologiyada artıq çoxdandır ölü mitoxodriləri orqanizmdən çıxaran  dərman üzərində iş aparılır. Belə bir preparat cavan qalmağı təmin edə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri