30 
Mar
2020
23:50
71
135
13465
Virtual karabakh

Koronavirus üçün faydalı hesab olunan bu meyvə zəhərləyə bilər

30 Mar, 2020
23:50
13465

Koronavirus üçün faydalı hesab olunan bu meyvə zəhərləyə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusa qarşı faydalı olduğu söylənilən qreypfrutun həddindən artıq yeyilməsi dərman istifadə edən şəxslərdə zəhərlənmə ilə nəticələnə bilər.

“HaberGlobal”ın məlumatına görə, bunu türkiyəli professor Coşkun Usta bildirib.

Onun sözlərinə görə, tərkibində “C” vitamini olan məhsullardan fərqli olaraq, təkcə sözügedən meyvədə olan “furanokumarin” maddəsi təhlükəlidir və dərman qəbul edən insanların ölümü ilə nəticələnə bilər:

“İki gün dalbadal qəbul etmək belə qaraciyərin funksiyalarına pis təsir edəcək”.

Professor bildirib ki, qreypfrutdan çox istifadə etdikdə dərmanlar qaraciyərdə emal edilə bilmir:

“Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qreypfrut suyu içən və dərman istifadə edən xəstələrin 80 faizində bu problem meydana gəlib. Başqa sözlə, dərman normadan 40 qat daha çox qana qarışır və zəhərlənməyə səbəb olur. Potensial olaraq bu virusa yoluxma riskiniz və buna görə də, dərmanlardan istifadə etmək potensialımız var. Xüsusilə, bu dövrdə qreypfrut suyu istehlak etmək düzgün deyil”.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri