30 
Mar
2020
17:04
54
341
10690
Virtual karabakh

Koronavirusa görə oğlunu qucaqlaya bilməyən həkimin duyğusal anları - VİDEO

30 Mar, 2020
17:04
10690

Koronavirusa görə oğlunu qucaqlaya bilməyən həkimin duyğusal anları - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəstəxanadan evə qayıdan həkim oğlunu qucaqlaya bilmədiyi üçün göz yaşlarına boğulub.

“Daily Mail”in xəbərinə görə, bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Videodan görünür ki, balaca Məhəmməd atasının gəldiyini görəndə qollarını açaraq, ona tərəf qaçır. Ata Naser Ali Al-Şahrani isə təhlükəsizlik tədbiri kimi oğlunu qucaqlamaqdan imtina edir, amma oğlunun məsum duruşuna tab gətirməyərək, yerə çökür və ağlamağa başlayır.

Səudiyyə Ərəbistanının Riyad şəhərində çəkilən video sosial şəbəkə istifadəçiləri tərəfindən xeyli müzakirə olunub. İstifadəçilər həkimlər və onlar kimi işləmək məcburiyyətində qalan başqa peşə sahibləri üçün dua etdiklərini bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri