31 
Mar
2020
09:57
107
38
5696
Virtual karabakh

Əvvəllər insanlar heyvanları gəzintiyə çıxarırdı, indi isə...

31 Mar, 2020
09:57
5696

Əvvəllər insanlar heyvanları gəzintiyə çıxarırdı, indi isə...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada karantin dövrü ilə əlaqədar evdən çıxa bilməyənlər yeni qazanc yolu tapıblar. Belə ki, sahibləri itlərini gəzinti üçün kirayə verir. Bu yolla həm evindən çıxmaq istəyənin bəhanəsi olur, həm də ev heyvanları gəzir (üstəlik də, pul müqabilində). 

Bu barədə “İzvestiya” nəşri “Avito”, “Youdo”, “İz ruk v ruki”dəki elanlara istinadla xəbər yayıb.

Reklam müəlliflərindən birinin sözlərinə görə, məsafədən asılı olmayaraq, iti müştəriyə çatdırmağa hazırdır. Digəri isə itini gəzməyə aparan şəxsdən yaşadıqları ünvana gəlməsini xahiş edir.

Ev heyvanının icarə haqqı saatda 800 rubldur (təqribən 20 AZN). Bundan əlavə, 3000 rubl (75 AZN) pul girov kimi verilməlidir.

Qeyd edək ki, martın 29-dan etibarən Rusiya paytaxtında ümumxalq özünütəcrid rejimi elan edilib. Şəhər sakinləri ancaq yaxınlıqda yerləşən mağaza və apteklərə getmək, itlərini gəzdirmək, zibil atmaq, təcili tibbi yardım almaq, distant mümkün olmadıqda işə getmək üçün evlərini tərk edə bilərlər. 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri