Apr
2020
04:49
36
235
11238
Virtual karabakh

Koronavirus pandemiyası zamanı ən çox baxılan filmlər və seriallar məlum oldu

5 Apr, 2020
04:49
11238

Koronavirus pandemiyası zamanı ən çox baxılan filmlər və seriallar məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyası zamanı ən çox baxılan filmlər və serialların siyahısı tərtib edilib.

“Kinopoisk” portalı yazır ki, son iki həftə ərzində istifadəçilər tez-tez Stiven Soderberqin “Yoluxma” filminin səhifəsinə daxil olublar. Mett Deymon, Keyt Vinslet və Cud Lounun çəkildiyi film  2011-ci ildə işıq üzü görüb.

İkinci yerdə Qay Riçinin “Centlmenlər” adlı yeni layihəsi olub. Üçüncü yerdə Klim Şipenkonun “Nökər” komediyası gəlir. Bundan başqa, onluqda “Bladşot”, “Trollar. Dünya turu”, “Buz-2”, “Gözəgörünməz adam”,

“Belqrad Hoteli”, “Bıçaqları çıxart”, “Parazitlər” kimi lentlər də yer alıb.

İstifadəçilərin, həmçinin ötən illərin “Yaşıl kitab”, “Başlanğıc”, “Pərvanə”, “Harri Potter və fəlsəfə daşı”, “Epidemiya”, “28 gün sonra”, “Daşıyıcılar”, “Kokonun sirri” və “İnterstellar” kimi filmlərə marağı da artıb.

Seriallar arasında “Çağrı mərkəzi” ən populyar olub. Onun ardınca “Son nazir” və “Maqomayev” gəlir. 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri