İyn
2020
01:02
26
359
14208
Virtual karabakh

75 yaşlı qadını zorladı, döydü və qarət etdi - VİDEO

2 İyn, 2020
01:02
14208

75 yaşlı qadını zorladı, döydü və qarət etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

75 yaşlı qadını zorlayıb, döyüb və qarət ediblər.

REN TV-nin məlumatına görə, dəhşətli hadisə  Rusiyanın Saratov vilayətində qeydə alınıb. İstintaq komitəsi artıq 39 yaşlı şübhəlinin saxlanıldığını bildirib.

Məlumata görə, gecə dələduz təqaüdçünün evinin qapısını döyərək özünü kommunal xidmətin əməkdaşı kimi təqdim edib və sayğacı yoxlamaq istədiyini deyib. Nənə qapını açdıqda isə o, qadını itələyərək evə soxulub.

“Mənzildə o, qadına təcavüz edib. Bundan sonra mətbəxdən bıçağı götürərək, pul tələb edib. Zərərçəkən ona 450 rubl (10,8 AZN) verib, ancaq bu ona kifayət etməyib”, - deyə qurumdan bildirilib.

Şübhəli nənənin boğazından, çənəsindən bıçaqlayıb, başqa əşyalarla başına vurub. Qadın yerə yıxıldıqda isə gecə lampasının naqili ilə boğmağa başlayıb. Nənə ona 3 min rubl (72,6 AZN) verdikdən sonra kişi şkafları eşələməyə başlayıb, ancaq heç nə tapmayıb.

“Bundan sonra o, zərərçəkənin  telefonunu və evin açarını götürüb, pərdə və çarpayıya od vurub, qapını çöldən bağlayaraq hadisə yerini tərk edib. Xoşbəxtlikdən qadın özünə gələrək evdən çıxa bilib və qonşulardan kömək istəyib. Bundan sonra təcili yardım briqadası və polis çağırılıb”, - deyə müstəntiqlər bildiriblər.

Şübhəli isti izlərlə saxlanılıb. Ona qarşı təcavüz və qarət ittihamı irəli sürülüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri