İyn
2020
05:58
22
247
9091
Virtual karabakh

Qarşılıqsız sevən 22 yaşlı aşiq bıçağa əl atdı: Ölən və yaralananlar var - VİDEO

22 yaşlı aşiq sevgisinə qarşılıq görmədiyi qadını bıçaqlayaraq öldürüb.

“Hürriyət”in məlumatına görə, dəhşətli hadisə Türkiyənin İstanbul şəhərində yaşanıb.

İddiaya görə Muhərrəm E. dövlət xəstəxanasında tibb bacısı kimi fəaliyyət göstərən qonşusu Ayşəgül Aktürkü sevib. Ancaq ərindən ayrılan və iki uşaq anası olan qadın ona qarşılıq verməyib.

Hadisə günü qadın işə getmək üçün evindən çıxıb. Muharrem E. onun qarşısını kəsib. Onlar dalaşıblar. Münaqişə zamanı gənc cibindən bıçaq çıxararaq qadına vurub. A.Aktürk qan içində yerə yıxılıb. Səs-küyə çölə çıxan oğlanın bacısı Məryəm və qardaşı Murad hadisəyə müdaxilə etmək istəyərkən əllərindən yaralanıblar.

Muhərrəm E. daha sonra həmin bıçaqla özünü öldürməyə cəhd göstərib.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım işçiləri gəlib.

Həkimlərin səyinə baxmayaraq, çoxlu qan itirən və ağır yaralan A.Aktürkün həyatını xilas etmək mümkün olmayıb.

Özünü yaralayan Muhərrəm E. təcili əməliyyat edilib. Bacı və qardaşının yaraları isə ağır hesab olunmayıb. 

Qonşularının sözlərinə görə, A.Aktürk iş yoldaşlarına qonşusu Muharrem E.-dən şikayət edərək, ondan xilas ola bilmədiyini, belə getsə, evindən köçəcəyini deyibmiş.

Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri