15 
İyn
2020
14:41
28
215
7553
Virtual karabakh

Qayınanasını güllələdikdən sonra intihar etmək istədi - VİDEO

15 İyn, 2020
14:41
7553

Qayınanasını güllələdikdən sonra intihar etmək istədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qısqanclıq zəminində arvadını öldürmək istəyərkən səhvən qayınanasını güllələyən şəxs intihar etmək istəyib.

 “AsiaOne” hadisə ilə bağlı kadrlar yayımlayıb.

Polislər qızını göstərməklə onu fikrindən daşındıra biliblər.

Məlumata görə, kadrlar Taylandın Uthaytani vilayətində qeydə alınıb.

Kişi bildirib ki, arvadı ona xəyanət etdiyi üçün öldürmək istəyib. Onun sözlərinə görə, silahı görən kimi arvadı və qaynanası bıçaqla ona hücum ediblər. O da özünü müdafiə etmək məcburiyyətində qalıb, atəş açıb və güllə qaynanasına dəyib.

Arvadının sözlərinə görə isə hadisə belə olmayıb. O, ərinin narkotik qəbul etdiyini, buna görə də evdə tez-tez mübahisə düşdüyünü bildirib. Nəticədə qadın anasıgilə gedib və bir ay orada yaşayıb. Əri onlara gəlib, qadının telefonla danışdığını gördükdə isə cibindən silahı çıxararaq atəş açıb. Qadının anası özünü qızının qabağına atıb və onun həyatını xilas edib.

Hazırda xəstəxanada yatan qadının həyati təhlükəsinin olmadığı bildirilir. Hadisə ilə bağlı istintaq başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri