17 
İyn
2020
06:55
70
185
13899
Virtual karabakh

İlan ovçusu ilə pitonun qanlı qarşıdurması – ANBAAN VİDEO

İlan ovçusu Mayk Kimmelin çəkisi təqribən 70 kq olan beş metrlik ilanla qanlı döyüşü barədə kadrlar hər kəsə həyəcan dolu anlar yaşadıb.

“Fox News Channel”in məlumatına görə video Florida ştatının Everqleyds regionunda qeydə alınıb.

“O, döyüşsüz təslim olmaq istəmirdi. Əvvəlcə otlara görə onun boyunu görə bilmirdim. Ancaq qarşımda nəhəng ilanın olduğu aydın idi. Bilirdim ki, ən asan və təhlükəsiz yol ona başından hücum etmək idi. Lakin onun quyruğundan tutmaq və iblisin özü ilə rəqs etmək cazibəsindən özümü saxlaya bilmədim”, - deyə ovçu bildirib.

Qarşıdurma zamanı ilan Kimmeli dişləyib:

“Cəmi bir dəfə oldu, amma bu kifayət elədi. Dişləri qoluma çox dərin sancılmışdı, arteriyam dəlindi və sinirlərə toxundu. Xoşbəxtlikdən əlimi sıxmamışdı və mən çıxa bildim. Bir litr qan itirsəm də, ilanı ram edə bildim”.

Bundan sonra o, ilanları saldığı torba ilə yarasını bağlayıb və qanaxmanı dayandırıb. Sonra isə ilanı qayığa kimi sürüyüb.

“Onu yuxu dərmanı vurmadan daşımaq üçün kifayət qədər iri torbam yox idi”, - deyə o, bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri