19 
İyn
2020
14:05
44
207
6492
Virtual karabakh

Məhkəmə qərarı ilə banlamasına icazə verilən xoruz "Moris" öldü

19 İyn, 2020
14:05
6492

Məhkəmə qərarı ilə banlamasına icazə verilən xoruz "Moris" öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın sahilyanı Şaranta departamentində 2019-cu ildə məhkəmənin rəsmi şəkildə səhər erkən banlamasına icazə verdiyi xoruz “Moris” ölüb.

Bu barədə “France Bleu” radio stansiyası məlumat yayıb.

Xoruzun sahibi Korin Fessonun sözlərinə görə, ev quşu mayın əvvəlində kəskin rinit xəstəliyindən altı yaşında ölüb.

“Bu, mənim qəlbimi qırdı. Biz yeni xoruz aldıq və onu da “Moris” adlandırdıq, o da gözəl oxuyur. Ancaq o, heç vaxt bizim “Moris”imiz olmayacaq”, - deyə, K.Fesso bildirib.

Xatırladaq ki, bir neçə il əvvəl yerli sakinlər “Moris”i və sahibini məhkəməyə veriblər. Onlar xoruzun səhər tezdən yatmalarına mane olduğunu bildiriblər. Şikakətçilər 1000 avro təzminat da tələb ediblər. 2017-ci ildə K.Fessoya qarşı 155 000 insanın imzaladığı iki petisiya yaradılıb. 2019-cu ilin iyulunda, nəhayət, məhkəmə prosesi baş tutub, lakin şikayətçilərdən heç kim iclasda iştirak etməyib.

Nəticədə, 5 sentyabr 2019-cu ildə Roşfor kommunasının məhkəməsi xoruzun sahibinə qarşı iddianı ləğv edib və bununla da, “Moris”ə banlamağa icazə verib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri