19 
İyn
2020
21:00
94
198
19509
Virtual karabakh

Hamilə olduğunu uşaq dünyaya gətirəndə anladı - FOTO

19 İyn, 2020
21:00
19509

Hamilə olduğunu uşaq dünyaya gətirəndə anladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı qadın hamilə oduğunu uşaq dünyaya gətirəndə bilib.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Nəşrə müsahibə verən 32 yaşlı Qreys Miçim hamiləlik müddətində uşağının olacağı ilə bağlı heç bir əlamət hiss etmədiyini deyib. Onun sözlərinə görə, mütəmadi olaraq hamiləlik əleyhinə həb qəbul edib, qarnı isə, demək olar ki, böyüməyib.

Miçim doğuşun baş verdiyi günü belə xatırlayır:

“Ayaqyolunda indi doğacağımla bağlı heç bir hiss keçirmədim. Halbuki, üç hamiləlikdən sonra belə vaxtlar nə hiss edildiyini çox yaxşı bilirəm”. 

Sonra qadından qəflətən dölyanı maye axıb. Onun qışqırığı ərini və 13 yaşlı oğlu Tayleri yuxudan oyadıb. Onlar dərhal təcili yardım xidmətinə zəng ediblər.

“Ərim dispetçerə dedi ki, mənə elə gəlir, uşaq dünyaya gəlir. Ancaq arvadım hamilə deyil”, - deyə, qadın olanları xatırlayarkən bildirib.

Lakin bu an qadının qışqırığı kişinin dispetçerlə söhbətini yarımçıq qoyub. O, telefonun dəstəyini oğluna verərək arvadının yanına qaçıb və uşağın artıq dünyaya gəlmək üzrə olduğunu görərək, doğuşu özü qəbul etməli olub.

Hadisə yerinə gələn tibb işçiləri qadını və dünyaya gətirdiyi uşağı xəstəxanaya aparıblar. İlkin müayinədən sonra onların səhhətində heç bir problem olmadığı aydınlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri