24 
İyn
2020
15:05
49
216
9874
Virtual karabakh

Tələbə qızın sürüyərək aparıldığını əks etdirən kadrlar sosial medianı bir-birinə vurdu - VİDEO

Tələbənin əllərini arxadan bağlayaraq, polis maşınına sürüyüb aparan qadın polis əməkdaşının əks olunduğu kadrlar izləyənlər tərəfindən qəzəblə qarşılanıb.

“Daily Mail”in məlumatına görə, video Kanadada qeydə alınıb.

Bildirilir ki, orta tibb təhsili alan Mona Vanın depressiv vəziyyətdə olması ilə əlaqədar yanında olmayan sevgilisi təcili tibbi yardıma zəng edib və kömək istəyib.

Kadrlarda görünən polis əməkdaşı Leysi Braunin çağırışa gedib.

Zərərçəkənin sözlərinə görə, yarıhuşsuz vəziyyətdə olmasına baxmayaraq, polis ona qarşı fiziki zor tətbiq edib, döyüb.

Polis öz növbəsində iddia edir ki, tələbəni yerdə uzanmış halda əlində bıçaq və içki şüşəsi ilə tapıb. Kömək etmək istəyəndə Van onu bıçaqla hədələyib.

Polisin kobud rəftarı ilə əlaqədar qadın xəstəxanaya yerləşdirilib.

Hazırda qadın hüquq mühafizəçisinin məhkəməsi gedir.

Polis özbaşınalığı sosial şəbəkədə qətiyyətlə pislənilib. İstifadəçilər xüsusən gənc qıza qarşı belə davranışların yolverilməz olduğunu bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri