İyl
2020
01:59
106
364
19572
Virtual karabakh

Eyni kişidən üç gün fərqlə uşaq dünyaya gətirdilər - FOTO

Bir yerdə yaşayan iki qadın üç gün fərqlə eyni kişidən uşaq dünyaya gətiriblər.

Bu barədə “Metro” nəşri xəbər yayıb. Bildirilir ki, hadisə Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib.

32 yaşlı Karina Rinkon və 31 yaşlı Kelli Meza uşaq sahibi olmaq istəyiblər. Ancaq reproduktiv mərkəzlərin xidmətindən yararlanmaq üçün pulları olmayıb. Onlar süni yolla mayalanmanı ev şəraitində həyata keçirmək qərarına gəliblər: sosial şəbəkə vasitəsilə donor tapırlar. Bir gün Rinkon, ertəsi gün isə Meza proseduru həyata keçirib. Gözlənilmədən hər ikisinin hamilə qaldığı məlum olub.

Nəticədə, üç gün fərqlə onların uşaqları anadan olub: Leo və Sofi.

“Bizə deyirdilər ki, bir-birimizi öldürəcəyik: Bir evdə iki hamilə, hormonal fırtına… Əslində isə, bu yolu birlikdə keçmək əla idi”, - deyə, qadınlardan biri etiraf edib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri