İyl
2020
09:12
157
43
10248
Virtual karabakh

Heç bir zərərli yeməkdən imtina etmədən 69 kiloqram arıqladı - FOTO/VİDEO

7 İyl, 2020
09:12
10248

Heç bir zərərli yeməkdən imtina etmədən 69 kiloqram arıqladı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyanın San Paulu şəhərinin sakini heç bir zərərli yeməkdən imtina etmədən 69 kq arıqlayıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

27 yaşlı Cessika Souza Martines arıqlamaq istəyənlərə onları qane etməyən ətraflarını dəyişməyi tövsiyə edib:

“Dayanın, düşünün və özünüzə hörmət etməyə başlayın. Son məqsədə yönəlməyin, çünki bəzən uzaq və hətta əlçatmaz görünür. Prosesin özünü qiymətləndirməyə başlayın. İstənilən nailiyyət, hətta ən kiçiyi belə bənzərsizdir, çünki bu sizindir”.

Braziliyalı iddia edir ki, uşaq vaxtı o, çox fəal olub. Çəki problemləri yeniyetməlik dövründə başlayıb:

“Stresi zərərli qəlyanaltılarla atmağa çalışan Martinesin çəkisi, nəticədə, 130 kiloqrama çatıb. Yetkinliyə keçmək emosional cəhətdən çətin oldu, özümü itirdiyimi hiss etdim. Təxminən dörd il sağlam həyat tərzi ilə vidalaşdım və piylənmədən əziyyət çəkməyə başladım”.

Martines o həddə çatıb ki, ancaq yemək fikri ilə yatıb-durub:

“Nahar etdiyim vaxt artıq desertə nə yeyəcəyimi düşünürdüm. Çox su içmirdim, bunu qazlı içkilərlə əvəz edirdim. Hər gün azı bir böyük ölçülü şokolad yeyirdim”, - deyə o xatırlayır.

Ötən ilin iyun ayında o, özünü ələ almağa qərar verib və mədəsini əməliyyat yolu ilə kiçildib. Bundan sonra, o, həftədə beş dəfə idman salonuna gedib və hər cür yeməyin orta miqdarda yeyilməsinə yol verən pəhrizə keçib. Beləliklə, cəmi bir il ərzində o, 69 kiloqram arıqlamağı bacarıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri