İyl
2020
07:24
12
255
8974
Virtual karabakh

Meyvələrin içindən çıxan iynələr qorxu yaratdı - FOTO/VİDEO

8 İyl, 2020
07:24
8974

Meyvələrin içindən çıxan iynələr qorxu yaratdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliya sakinləri yenidən meyvə almaqdan qorxmağa başlayıblar. Meyvələrin içindən iynə və kəskin uclu metal düymələrin çıxması ilə bağlı artıq bir neçə hadisə məlumdur.

Bu barədə 360 TV xəbər yayıb.

Polis məsələ ilə bağlı araşdırmalara başlayıb.

“Metal iynələr çiyələk və avokado bağlamalarında, dəftərxana düymələri isə çörəyin içindən çıxıb”, - deyə, polis idarəsindən bildirilib.

Asayiş keşikçiləri yad cisimlərin qidaların içinə qəsdən qoyulduğunu hesab edirlər.

Qeyd edək ki, avstraliyalılar belə halla ilk dəfə rastlaşmırlar. 2018-ci ildə çiyələk fermasının 50 yaşlı əməkdaşı müdirindən intiqam almaq üçün belə bir üsula əl atmışdı.

2019-cu ildə isə həmin qadının bu hərəkətindən ilhamlanan başqa bir sakin paltartikən maşının iynələrini üzüm gilələrinə sancmışdı.

Həmin şəxslərin hər ikisi saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri